Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.
“Vətəndaş Müqaviləsi” partiyasının əsl Ermənistanı. Azərbaycan və Türkiyə Ermənistanın mövcudluq hüququnu tanımır, bunun tarixi və çox konkret praktiki səbəbləri var. Azərbaycan ən yüksək səviyyədə Ermənistanı Qərbi Azərbaycan adlandırır, Türkiyə isə Ermənistanla münasibətlərini Azərbaycanın şərtlərini qəbul etməklə əlaqələndirir. Azərbaycanın və Türkiyənin milli arzusu türk dünyasının yaradılmasıdır, bunun üçün çox konkret dövlət siyasəti aparılır. Erməni cəmiyyəti parçalanıb, bir-birinə düşmən sektorlara bölünüb, diaspor yönünü itirib və öz şəxsiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb, dövlət təsisatları səmərəsiz və iflic vəziyyətindədir. “Vətəndaş Müqaviləsi” partiyasının elan etdiyi real Ermənistan əslində arzuların Ermənistanıdır və reallıqla heç bir əlaqəyə malik deyil”, - deyə Danielyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az