Britaniya kəşfiyyatı: Rusiya nüvə texnologiyasını İrana ötürür

2024/09/koppa-1726641127.jpg
Oxunub: 278     12:31     18 Sentyabr 2024    
Böyük Britaniya kəşfiyyat mənbələri İranın nüvə proqramının Rusiyanın dəstəyi ilə tamamlanmaq üzrə ola biləcəyini irəli sürüblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qərb qorxur ki, Rusiya Ukraynaya hücum etmək üçün ballistik raketlər müqabilində İranla nüvə sirlərini alacaq.

“The Sun”un verdiyi məlumata görə, bu həyəcanverici hadisə Ağ Evdə Co Bayden və Ser Keir Starmer tərəfindən müzakirə edilib.

“The Sun” yazır ki, kəşfiyyat mənbələri Rusiyanın köməyi ilə İranın nüvə proqramının tamamlanmaq üzrə ola biləcəyini ehtimal edir.

ABŞ və Böyük Britaniya kəşfiyyatı Putinin İranın dini liderindən “Fath-360” ballistik raketləri aldığını da təsdiqləyib.

Buna cavab olaraq “Iran Air”in Böyük Britaniya hava məkanına daxil olması qadağan edilib və Rusiya gəmiçilik şirkətləri sanksiyalarla üzləşib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiiya  


Bizi "telegram"da izləyin