Ordu.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
“Qriqoryan ilk dindirmə zamanı bildirdi ki, o nədə şübhəli bilindiyini başa düşmür. Çünki o, büdcə vəsaitlərini oğurlamayıb və cinayət törətməyib. Eyni zamanda, gizlənməyə hazırlaşmayacağına inandırıb və həbsi özünə qarşı sərt tədbir hesab edib”, - deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi agentliyə bildirib.
Həmçinin qeyd olunub ki, Qriqoryan hazırda xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Bundan başqa, istintaqın nəticələrinə görə, o, Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-leytenant Yuri Kuznetsova rüşvət verməkdə ittiham oluna bilər.
Güman edilir ki, o, Krasnodarda kursantlar üçün nəzərdən tutulmuş yataqxananın yenidən qurulması müqaviləsini əldə etmək üçün bunu edə bilərdi.
Bundan əvvəl Qriqoryan Krasnodarda Rusiya Federasiyası Müdafiə Nazirliyindən 7 milyon rubldan çox pul oğurladığına görə həbs edilib.
İstintaqın məlumatına görə, ötən il onun şirkəti dövlət müdafiə sifarişi çərçivəsində Krasnodar Ali Hərbi Məktəbinin yataqxanasını təmir etməli idi. Qriqoryan 7,2 milyon rubl alıb, amma işi bitirməyib.
Alpər Mövludoğlu
Ordu.az