Ordu.az xəbər verir ki, bu açıqlama ilə “Al Jazeera“ telekanalı çıxış edib.
Telekanalın Livan hüquq mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, partlayan rabitə vasitələrinə əvvəlcədən partlayıcı yerləşdirilib. İddialara görə, peycerlərdəki partlayıcının çəkisi 20 qramı keçməyib.
Kanalın mənbəyi peycerlərin beş ay əvvəl idxal edildiyini açıqlayıb. Mütəxəssislər hazırda partlayıcıların necə aktivləşdiyinə dair nəzəriyyələri araşdırır.
Ordu.az