BMT Livanda peycer partlayışlarından narahatdır

2024/09/1726585359.jpg
Oxunub: 429     00:04     18 Sentyabr 2024    
BMT Livanda yüzlərlə insanın yaralanmasına səbəb olan peycer partlayışlarından son dərəcə narahatdır və mülki şəxslərin ölümünü pisləyir.

Ordu.az-ın məlumatına görə, bu barədə BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

"üsusilə son dərəcə dəyişkən olan vəziyyətin kontekstini nəzərə alsaq, bu inkişaf son dərəcə narahatedicidir. Təbii ki, biz mülki şəxslərin ölümünü pisləyirik", - deyə o bildirib.

S.Dujarrik əlavə edib ki, dünya təşkilatı “Livanda və regionda eskalasiya riskini” vurğulayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Livan  


Bizi "telegram"da izləyin