Bakıda İsveçrənin Milli Günü münasibətilə tədbir keçirilib

2024/09/Ekran-1726588368.jpg
Oxunub: 340     19:24     17 Sentyabr 2024    
Bakıda İsveçrənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Milli Günü münasibətilə tədbir keçirilib.

Ordu.az xəbər verir ki, mərasimdə İsveçrənin Azərbaycandakı Səfirliyinin, eləcə də ölkəmizdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri iştirak edib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri ifa olunub.

Tədbirdə çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli ölkələrimiz arasında uzunmüddətli və uğurlu münasibətlərdən danışıb. O ümidvar olduğunu bildirib ki, 11-22 noyabr tarixləri arasında Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyası digər məqsədlərlə yanaşı, həm də İsveçrə ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Səfirin sözlərinə görə, İsveçrə ilə Azərbaycan arasında uzun illər əvvəl başlayan ikitərəfli əməkdaşlıq bu gün də uğurla davam etməkdədir: "İsveçrə ilə Azərbaycan arasındakı münasibətlər mehriban dostluq və möhkəm təməllərə əsaslanır. İlk olaraq enerji sektorunda və digər sahələrdə fəaliyyət göstərən, Azərbaycana xitab edən startap layihələrimiz var. Qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasının Bakıda keçirilməsi ilə bu əməkdaşlıq daha da möhkəmlənəcək. Azərbaycanın uzun müddətdir davam edən münaqişənin son qoyulmasına yönələn siyasət yürütməsindən çox şadam. Azərbaycanla 25 il əvvəl başlayan və bu gün də davam edən uğurlu ikitərəfli əməkdaşlıq proqramı var. Dəyişən ehtiyacları nəzərə alaraq, bu əməkdaşlıq illər ərzində daha da inkişaf edib. Bizim Azərbaycanla iqtisadiyyatın diversifikasiyası sahəsində də əməkdaşlıq əlaqələrimiz var. Bu gün ölkələrimiz siyasi, iqtisadi və digər sahələrdə son dərəcə uğurla əməkdaşlıq edir. İnanıram ki, bu əməkdaşlıq daha da möhkəmlənəcək".

Səfir ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı üçün bundan sonra da səylə çalışacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İsveçrə  


Bizi "telegram"da izləyin