Avropa İttifaqı Monitorinq Missiyasının üzvləri Abxaziya inzibati sərhədi yaxınlığında saxlanılıb

2024/09/Ekran-1726588308.jpg
Oxunub: 553     19:18     17 Sentyabr 2024    
Gürcüstandakı Avropa İttifaqı Monitorinq Missiyasının (AİMM) üzvləri Abxaziya inzibati sərhədi yaxınlığında saxlanılıb.

Ordu.az xəbər verir ki, məlumatı AİMM yayıb. Bildirilib ki, bu gün günorta Xurça ərazisində müntəzəm patrul həyata keçirən missiya əməkdaşları “təhlükəsizlik aktorları” tərəfindən saxlanılıblar. Onların daha sonra təhlükəsiz şəkildə sərbəst buraxıldığı qeyd olunub.

Əlavə olunub ki, insidentlə əlaqədar müvafiq aktorlarla məlumat mübadiləsi həyata keçirilməsi üçün AİMM-nin qaynar xətti aktivləşdirilib.

Bəyanatda missiya üzvlərinin hansı şəraitdə və kimlər tərəfindən saxlanılması ilə bağlı detallar paylaşılmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Abxaziya  


Bizi "telegram"da izləyin