Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB

2024/09/1726588243.jpg
Oxunub: 338     19:30     17 Sentyabr 2024    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

Bu barədə Ordu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri, habelə regional əlaqələr müzakirə olunub.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.

Müzakirə çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) 2024-2026-cı illər üzrə sədrliyinə dair prioritet istiqamətlərə toxunulub.

Hər iki tərəf Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq, dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanmasından məmnunluqlarını ifadə ediblər.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Qazaxıstan Respublikası Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtileu ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivləri, o cümlədən beynəlxalq və regional səviyyədə qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.

Bildirilib ki, nazirlər beynəlxalq gündəmdəki aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qazaxıstan  


Bizi "telegram"da izləyin