İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

2024/09/1726586096.jpg
Oxunub: 640     19:09     17 Sentyabr 2024    
İsrail hökuməti Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması ilə bağlı təcili toplanıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, baş nazir Benyamin Netenyahunun rəhbərliyi ilə keçirilən iclasda ölkənin müdafiə naziri Yolav Qant və digər vəzifəli şəxslər iştirak edirlər.

Xatırladaq ki, partlayış nəticəsində 2 minə yaxın insan yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Beyrut   Partlayış  


Bizi "telegram"da izləyin