Ordu.az İran KİV-ə istinadən xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının sədr müavini Məhəmməd Rza Kardan bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin 68-ci Daimi Sessiyası çərçivəsində Rusiyanın Federal Ətraf Mühit, Sənaye və Nüvə Nəzarəti Xidmətinin rəhbəri Aleksandr Trembitski ilə bu barədə danışıb.
İclasda İranın BRİCS-ə üzv ölkələrin nüvə tənzimləyici orqanları şəbəkəsinin yaradılması təklifi Rusiya tərəfindən müsbət qarşılanıb.
Təklif üzv ölkələrin xarici işlər nazirlərinin qarşıdan gələn sammitində müzakirə olunacaq.
Ordu.az