Ordu.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
“İsrail müdafiə ordusu İordaniya ilə sərhədi yeni komanda heyəti, maneələr və pilotsuz uçuş aparatları (PUA) ilə müdafiə etməyi planlaşdırır. İsrail ordusunun sərhədi möhkəmləndirmək planı ilk dəfə müdafiə və maliyyə nazirliklərində yüksək vəzifəli şəxslərə təqdim olunacaq”, - məlumatda bildirilib.
Bu tədbirlər üç mərhələdə - yüzlərlə texniki vasitələrin, o cümlədən radarların və kameraların quraşdırılması, qoşunların sərhəd yaxınlığında yerləşdirilməsi, daha sonra hava qüvvələrinin imkanlarının gücləndirilməsi və sərhəd maneələrinin quraşdırılması ilə həyata keçiriləcək.
Ordu.az