Azərbaycan və İraq logistika və tranzit əlaqələrini müzakirə edəcək

2024/09/1ec55-1726575014.jpg
Oxunub: 306     15:54     17 Sentyabr 2024    
Azərbaycan və İraq arasında logistika və tranzit əlaqələri müzakirə ediləcək.

Ordu.az xəbər verir ki, bunu İraqın Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri Bakıda keçirilən Azərbaycan-İraq biznes forumda bildirib.

Onun sözlərinə görə, müzakirələr sabah Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş çərçivəsində baş tutacaq.

"Azərbaycan və İraq arasında iqtisadi münasibətlərin inkişafı üçün logistika və tranzit məsələlərinin genişləndirilməsi önəmlidir", - deyə qonaq qeyd edib.

İraq rəsmisi həmçinin əlavə edib ki, bu gün iki ölkə arasında yaradılmış Biznes Şurası ikitərəfli əməkdaşlığı gücləndirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İraq  


Bizi "telegram"da izləyin