Türkiyə ilə İsveç arasında təhlükəsizliklə bağlı ilk toplantı keçiriləcək

2023/08/1692171309.jpg
Oxunub: 322     15:46     17 Sentyabr 2024    
Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi üzrə ilk toplantı sabah Ankarada keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Star Gazetesi” məlumat yayıb.

Bildirilib ki, Ankarada keçiriləcək iclasa xarici işlər naziri Hakan Fidan və İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard sədrlik edəcək.

İclasın gündəliyində təhlükəsizlik, xüsusilə də terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu çərçivədə xüsusilə PKK/PYD/YPG və FETÖ terror təşkilatları kontekstində əlavə addımların atılması gözlənilir.

Bundan əlavə, nazir Fidanın İsveç xarici işlər naziri Stenerqard ilə görüşündə ikitərəfli məsələləri, regional və qlobal hadisələri müzakirə edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsveç  


Bizi "telegram"da izləyin