Azərbaycan İraqı bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq tədbirlərə dəvət edib.
Ordu.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
"Bakı iqlim həftəsinin fəaliyyət planına əsasən noyabrın 14-də təşkil ediləcək "Maliyyə, investisiya və ticarət günü” özəl sektora və vətəndaş cəmiyyətinə beynəlxalq iqlim danışıqları ilə yanaşı öz öhdəliklərini ifadə etmək imkanı verəcək", - deyə o qeyd edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
İraq
COP29