Netanyahudan müdafiə nazirini vəzifəsindən azad etməməyə dair çağırış edilib

2024/07/1721310196.jpg
Oxunub: 261     14:07     17 Sentyabr 2024    
Özəl sektorda çalışan işçilərin əksəriyyətini təmsil edən İsrail Biznes Forumu Baş nazir Benyamin Netanyahunu müdafiə nazirini işdən çıxarmamağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb.

Onlar bu qərarı onsuz da ölkənin müharibədən əziyyət çəkən iqtisadiyyatına daha çox zərər verəcəyi ilə əsaslandırıblar.

Bildirilib ki, “müdafiə naziri Yoav Qallantın vəzifəsindən azad edilməsi İsraili düşmənlərinin gözündə zəiflədəcək və xalqı arasında daha dərin sosial parçalanmalara səbəb olacaq”.

Qeyd edək ki, İsrail mediasında Netanyahunun Yoav Qallantı müxalifətin üzvü olan Gideon Saar ilə əvəz etməyə hazırlaşdığına dair məlumat yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin