Paşinyanın keçmiş müşaviri Gürcüstana buraxılmayıb

2024/09/27675-1726567927.jpg
Oxunub: 251     13:52     17 Sentyabr 2024    
Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyan Gürcüstana buraxılmayıb.

Ordu.az xəbər verir ki, bununla bağlı Arsen Xaratyan özünün sosial şəbəkə hesabında yazıb.

Xaratyanın verdiyi məlumata görə, o, Lüksemburqdan ölkəyə uçub və səhər saat 4-dən Tbilisi hava limanında olub.

Qeyd edək ki, A.Xaratyan Amerika Demokratiya Fondu NED və Soros Açıq Cəmiyyətinin Gürcüstan filialı ilə əməkdaşlıq edən gürcü-erməni nəşri “Aliq Media”nın təsisçisidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin