İsveç gələn il müdafiə xərclərini 1,3 milyard dollar artıracaq

2024/09/66e94-1726564573.jpg
Oxunub: 270     13:04     17 Sentyabr 2024    
İsveç 2025-ci il üçün dövlət büdcəsində müdafiə xərclərini 13 milyard kron (1,3 milyard dollar) artıraraq ümumilikdə 138 milyarda çatdırmağı planlaşdırır.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Pal Conson mətbuat konfransında bildirib.

Conson bildirib ki, hərbi xərclər bu il ÜDM-in 2,2%-dən 2025-ci ildə 2,4%-ə yüksələcək və 2028-ci ildə 2,6%-ə çatacağı proqnozlaşdırılır.

Sağ mərkəzçi hökumət koalisiyasının 2025-ci il üçün büdcə qanun layihəsini sentyabrın 19-da parlamentə təqdim etməsi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Müdafiə-xərcləri  


Bizi "telegram"da izləyin