“Qərbin Ermənistana verə biləcəyi təhlükəsizlik məhsulu yoxdur” - Erməni general

2024/08/1723710546.jpg
Oxunub: 487     17:09     17 Sentyabr 2024    
“Ermənistanın indiki hakimiyyəti Qərbin marionetinə çevrilib, uzaqdan idarəetmə altına qoyulub, Qərbin isə Ermənistanın maraqlarını qorumaq arzusu yoxdur, üstəlik, Qərb Cənubi Qafqazda yad orqandır”.

Ordu.az xəbər verir ki, bunu “Ümumaməni Cəbhəsi” hərəkatının lideri, Ermənistanın keçmiş müdafiə naziri, erməni general-mayor Arşak Karapetyan deyib.

Onun sözlərinə görə, bu, Ermənistan üçün təhlükəli oyundur, amma oynayan tərəf Ermənistan rəhbərliyi deyil.

“Ermənistan rəhbərliyi uzaqdan idarəetmə pultuna yerləşdirilib, lider başqa səfirlikdə oturub”, - deyə Karapetyan qeyd edib.

Erməni general-mayor xəbərdarlıq edib ki, Ermənistanın Rusiya ilə münasibətləri ən mühüm yerdə olmalıdır və Qərbin Ermənistana verə biləcəyi təhlükəsizlik məhsulu yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin