Erməni ekspert: “Zəngəzur dəhlizinin açılması həm də Qərbin strateji hədəflərindən, Rusiyanın isə taktiki məqsədlərindən biridir”

2024/09/1726560819.jpg
Oxunub: 892     10:44     18 Sentyabr 2024    
“İran hər şeyi yaxşı başa düşür və buna görə də ən yüksək diplomatik-dövlət səviyyəsində, eləcə də obyektiv olaraq Ermənistanın ərazi bütövlüyünün təminatçısı kimi çıxış edir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, böyük orduların İranın şimal sərhədləri boyu məharətlə yerləşdirilməsi bunun əyani sübutudur.

“Tehran anlayır ki, onun geri çəkiləcək yeri yoxdur. Ermənistanın süqutundan sonra Qərbin tam dəstəyini alan Turan-İsrail ittifaqı ona qarşı açıq birgə kampaniyaya başlayacaq. Zəngəzur dəhlizinin açılması həm də Qərbin strateji hədəflərindən, Rusiya Federasiyasının isə taktiki məqsədlərindən biridir”, - deyə Ayvazyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi   Qərb  


Bizi "telegram"da izləyin