Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu dəfə kreditin məbləği 40 milyon ABŞ dollarıdır.
“İmzalanan sazişə əsasən, Ermənistan hökuməti 40 milyon dolları bərpa olunan enerji potensialının inkişafına, elektrik ötürücü infrastrukturun və onun imkanlarının inkişafına sərf edəcək. Kreditin qaytarılma müddəti 25 ildir, bunun güzəştli dövrü 15 ildir. Əsas məbləğ 2039-cu ildən etibarən ödəniləcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az