Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Konstantin Simonov deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər həm avropadaxili siyasət məsələsində, həm də Ukrayna və Cənubi Qafqaz məsələsində özünü büruzə verir.
Simonov qeyd edib ki, buna görə də Fransanın xarici işlər nazirinin Ermənistana səfəri və şərhlər təəccüblü deyil.
“Lakin Ermənistanı dəstəkləməkdən və bəlkə də onu qorumaqdan söhbət gedəndə, İrəvanda olanlar Fransanın məhdud diplomatik, eləcə də siyasi və iqtisadi resurslarını nəzərə alaraq, bunlara şübhə ilə yanaşmalıdırlar. Burada populizm elementləri var, ona görə də reallığı bəyanatlardan ayırmaq lazımdır. Fikrimcə, səfərin regional tranzit yolları məsələsi ilə bağlı fəal regional müzakirələrlə müəyyən əlaqəsi var ki, bu müzakirələr də Rusiya-İran-Türkiyənin iştirakı ilə gedir”, - deyə Simonov bildirib.
Alpər Mövludoğlu
Ordu.az