Erməni ekspert: “Ermənistan cəmiyyəti Türkiyə və Azərbaycanın informasiya təzyiqlərinə hazır deyil”

2024/09/1726555061.jpg
Oxunub: 446     17:03     20 Sentyabr 2024    
“Türkiyənin daha məntiqli tezislər toplusu var”.

Ordu.az xəbər verir ki, bunu erməni tarix elmləri doktoru, erməni türkşünas Vahram Ter-Matevosyan deyib.

Onun sözlərinə görə, hər şeyi təhlil edəndə anlaşılır ki, əgər 2018-ci ilə qədər Ermənistanda Qars müqaviləsinin tezisi heç müzakirə olunmurdusa, dövlət quruluşunun maraq və müzakirə dairəsindən kənarda qalmışdısa, indi vəziyyət başqadır.

“Mütəxəssislər Qars mövzusunun 2018-ci ilə qədər müzakirələrdən kənarda qalmasının erməni diplomatiyasının uğurlarından biri olduğunu deyirlər. Türkiyə Qars müqaviləsinə istinad etməyə davam edəcək. O türkpərəst, azərbaycanpərəst tezislərin Ermənistan cəmiyyətində formalaşması olduqca təhlükəlidir. Çünki çox təəssüf ki, aramızda onlara inanmağa başlayan bir qrup insan peyda olur. Azərbaycanın tezisləri erməni cəmiyyətinə nüfuz edir. Bununla bağlı araşdırma aparmaq üçün peşəkar komandamızdan xahiş olunub. Nəticələr elə oldu ki, onları dərc etməməyi seçdilər. Ermənistan cəmiyyəti Türkiyə və Azərbaycanın Ermənistanda apardığı informasiya təzyiqlərinə hazır deyil. Ən acınacaqlısı isə odur ki, Türkiyədə və Azərbaycanda formalaşdırılan tezislər Ermənistanda əsasən dövlət kanalları ilə dövriyyəyə qoyulur”, - deyə Matevosyan bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin