Keçmiş erməni döyüşçü: “Sülh deyilən bir şey yoxdur, davamlı müharibələr var və onlara daim hazırlaşmaq lazımdır”

2024/09/1726555003.jpg
Oxunub: 370     16:35     20 Sentyabr 2024    
“Zəngəzur ətrafında gərginlik var, amma zəngəzurlular dinc yatırlar, sanki dünyada heç nə baş vermir”.

Ordu.az xəbər verir ki, keçmiş erməni döyüşçü, Ermənistanın “Sisakan” dəstəsinin könüllüsü, rəssam Aşot Avaqyan deyib.

“İrəvanda nə baş verdiyini bilmirəm, amma Zəngəzurda insanlar öz işləri, dərdləri və gündəlik həyatı ilə yaşayır, əksəriyyəti heç nə ilə maraqlanmır”, - deyə Avaqyan qeyd edib.

O bildirib ki, sülh iki müharibə arasındakı dövrdür, hazırda sülh yoxdur.

“İnsanlar xalqımızın nə qədər sülh içində yaşayıb, nə qədər yaşamadığına baxsa, anlayacaqlar ki, sülh deyilən bir şey yoxdur, davamlı müharibələr var və onlara daim hazırlaşmaq lazımdır”, - deyə Avaqyan vurğulayıb.

O əlavə edib ki, Ermənistanın indiki hakimiyyətinin güzəşt siyasəti sülh gətirməyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin