ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş təşkil etmək imkanını səbirsizliklə gözləyir - Dövlət Departamenti

2024/07/1721280163.jpg
Oxunub: 374     22:23     16 Sentyabr 2024    
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etmək imkanını həmişə səbirsizliklə gözləyir.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Biz davamlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik. Onlar bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə, o cümlədən faydalı olacağı halda görüş təşkil etməyə hazırıq”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu il iyulun 10-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammiti çərçivəsində görüşüblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə edilən irəliləyişləri qeyd edib və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Departamenti   ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin