Pakistan şirkətləri COP29-a dəvət olunub

2024/09/Ekran-1726492020.jpg
Oxunub: 286     16:38     16 Sentyabr 2024    
Pakistan şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.

"Təbii ehtiyatlar ölkə iqtisadiyyatında mühüm rol oynamağa davam etsə də, Azərbaycan ekoloji davamlılığa sadiq qalır. COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlılıq üzrə qlobal müzakirələrdə fəal rolunu gücləndirir", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   COP29  


Bizi "telegram"da izləyin