Ordu.az xəbər verir ki, Ukrayna ordusu Moskvanın Kursk vilayətindəki mövqelərə hücumunu dəf etdiyini əks etdirən video yayımlayıb.
Ukrayna qüvvələri avqustun 6-da Rusiya ilə sərhəd bölgəyə daxil olduqlarını və 500 kvadrat mil ərazini ələ keçirdiklərini iddia ediblər. Ancaq Rusiya əks-hücuma keçərək, itirdiyi bölgələri geri almağa çalışır.
Bir aydan artıqdır davam edən bu toqquşmalar Rusiyanın itirdiyi yüzlərlə kvadrat kilometr ərazini geri almaq üçün böyük addım atdığını göstərir.
Rusiya Müdafiə Nazirliyi “Şimal Qoşunları” qüvvələrinin Snaqost ətrafındakı 10 yaşayış məntəqəsini geri aldığını iddia edib. Bu iddia Ukraynanın “DeepState” açıq mənbə kəşfiyyat qrupunun dinamik nəzarət xəritəsi ilə də uyğundur.
Xəritəyə görə, Rusiya qüvvələri Korenevodan Snaqosta doğru təxminən 6 kilometr irəliləyiblər.
Sevinc Əliyeva
Ordu.az