AUKUS sualtı qayıqlarının radioaktiv tullantılarının idarə olunması prosesi Avstraliyada mübahisələrə səbəb olur

2024/09/1726478506.jpg
Oxunub: 411     17:20     17 Sentyabr 2024    
Avstraliya, Böyük Britaniya və ABŞ arasında “nüvə sualtı qayığı alyansı” olan AUKUS müqaviləsində yer alan “nüvə tullantılarının idarə olunması” və “siyasi öhdəlik” ilə bağlı maddələr Avstraliya ictimaiyyətinin reaksiyasına səbəb olur.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Nüvə sualtı qayığı texnologiyası sahəsində əməkdaşlıq etməyi hədəfləyən AUKUS Avstraliyanın “nüvə gücünə çatmadan əvvəl nüvə sualtı qayıqlarına sahib olan ilk ölkə” olmasını təmin edir və Çinin Hind-Sakit Okean bölgəsindəki varlığına qarşı tarazlıq kimi çıxış etməyə imkan verir.

ABŞ və Böyük Britaniyanın nüvə texnologiyası və yüksək zənginləşdirilmiş uran kimi materialları Avstraliyaya ötürməsinə yol açan razılaşmanın bəzi maddələri müxalifət partiyalarının və ekspertlərin reaksiyasına səbəb olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AUKUS   Avstraliya  


Bizi "telegram"da izləyin