Ordu.az xəbər verir ki, bu barədə açıq mənbə kəşfiyyatı nəşri “Oryxspioenkop” məlumat yayıb.
Məlumata görə, 2024-cü il sentyabrın 8-nə olan vəziyyətə əsasən Rusiya ümumilikdə 3368 tank, Ukrayna isə 919 tank itirib.
Ukraynanın indiyədək itirdiyi tank itkiləri arasında Qərb ölkələri tərəfindən verilmiş 43 “Leopard” tankı var ki, bu da Ukraynaya hədiyyə edilmiş və ya vəd edilmiş 200-dən çox “Leopard” tankının təxminən 20%-ni təşkil edir.
Bu itkilərə baxmayaraq, Almaniya, İspaniya və Niderland kimi ölkələrdən davam edən töhfələr Ukraynanın tank parkını yeniləmək və gücləndirməyi hədəfləyir.
Ukraynanın tank itkilərinə baxdığıqda məlum olur ki, 43 ədəd “Leopard 1A5” tankından 2 ədədi məhv edilmiş və 1 ədədi zədələnmiş olmaqla, ümimilikdə 3 ədədi itirilib.
“Leopard 2A4” variantından 10-u məhv edildiyi halda, 7-si zədələnmiş, 4-ü isə həm zədələnmiş, həm də tərk edilmiş vəziyyətdədir.
“Leopard 2A6” variantından 6-sı məhv edildiyi halda, 4-ü zədələnmiş, 2-si isə həm zədələnmiş, həm də tərk edilmiş vəziyyətdədir.
Bundan əlavə, “Leopard 2”nin İsveç versiyası olan 7 ədəd “Stridsvagn 122” tankının itirildiyi, 1-nin məhv edildiyi, 1-nin zədələndiyi, 5-nin isə həm zədələndiyi, həm də tərk edildiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az