Ordu.az xəbər verir ki, Yunanıstanın Müdafiə Nazirliyi Təhsil Nazirliyi ilə əməkdaşlıq edərək, silahlı qüvvələrdə karyera qurmaq və universitetə qəbul imtahanlarına müraciət etmək istəyən gənclər üçün daha cəlbedici etməyin yollarını axtarır.
Yunanıstanda nəşr olunan “Kathimerini” qəzetinin məlumatına görə, ordu, hava və dəniz akademiyaları və gizir kolleclərinə qəbul üçün 460 kvota boş qaldığından, builki mənzərənin “depressiv” olduğu bildirilir.
Bundan əlavə, qəzetin dərc etdiyi məlumatda sözügedən tendensiyanın birdən-birə meydana çıxmadığı vurğulanır. Əksinə, hərbi təlimlərlə bağlı problemlərin Yunanıstanda çoxillik pisləşmənin, o cümlədən əvvəlki onillikdəki maliyyə böhranının nəticəsi olduğu bildirilir.
Bu kontekstdə son vaxtlar təlimlərdə iştirak edənlərin sayının xeyli azaldığı bildirilir.
Sevinc Əliyeva
Ordu.az