Ordu.az xəbər verir ki, satışa 32 ədəd F-35 təyyarəsi ilə yanaşı, 1-i ehtiyat olmaqla, 33 ədəd “Pratt & Whitney” F135-PW-100 Turbofan Mühərriki, Dost/Düşmən Tanıma (IFF) Sistemləri və digər komponentlərin və xidmətlərin tədarükü daxildir.
Rumıniya Prezidenti Klaus İohannisin sədrlik etdiyi dövlət orqanı olan Rumıniya Ali Milli Müdafiə Şurası 2023-cü il aprelin 11-də nazirliyə ölkənin Hərbi Hava Qüvvələri üçün təyyarələr almağa icazə verib.
Həmin vaxt müqavilənin qiymətinin 6,5 milyard dollar olacağı təxmin edilirdi.
Potensial sövdələşmə xarici hərbi satışlar çərçivəsində həyata keçiriləcək və ABŞ Dövlət Departamentinin təsdiqini tələb edəcək.
Sevinc Əliyeva
Ordu.az