Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb

2023/12/xarko-1703836929.jpg
Oxunub: 477     17:30     15 Sentyabr 2024    
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli binanı atəşə tutması nəticəsində azı 28 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, habelə İhor Terexov sosial şəbəkədə yazıb.

“İşğalçılar Xarkovu vurdular. Nemışlyanski rayonunda mülki infrastruktur zədələnib, hazırda üç yaralı var”, – administrasiya rəhbəri qeyd edib.

Terexov isə Rusiya ordusunun çoxmərtəbəli binaya zərbə endirdiyini açıqlayıb: “Çoxmərtəbəli yaşayış binasına zərbə endirildi. Yanğın və dağıntılar müşahidə olunur”.

Daha sonra Terexov olayda 28 nəfərin yaralandığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin