Qəzza Səhiyyə Nazirliyi: 2023-cü ilin oktyabrından bu yana ölənlərin sayı 41,2 mini keçib

2024/08/1723609549.jpg
Oxunub: 583     13:38     15 Sentyabr 2024    
2023-cü ilin oktyabrından İsrail hərbçilərinin bu anklavda keçirdiyi əməliyyatlar nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 41,2 mini keçib.

Ordu.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 41 206 nəfərə çatıb, daha 95 337 nəfər yaralanıb” – məlumatda bildirilir.

Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 24 fələstinli ölüb, 57 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin