Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

2024/08/1723707139.jpg
Oxunub: 410     11:07     15 Sentyabr 2024    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.

Ordu.az xəbər verir ki, məktubunda Nikaraqua Prezidentini və onun simasında bütün xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Nikaraqua arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Prezident İlham Əliyev bu bayram günündə Daniel Orteqa Saavedraya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Nikaraqua  


Bizi "telegram"da izləyin