Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

2024/09/cf190-1726377060.jpg
Oxunub: 489     06:52     15 Sentyabr 2024    
Ukrayna müəyyən ərazilərdə lokal atəşkəsə və münaqişənin müvəqqəti dondurulmasına razılıq verməyə hazırdır.

Ordu.az-ın məlumatına görə, bu barədə Almaniyanın “Bild” qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a gözlənilən səfəri zamanı təqdim etməyi planlaşdırdığı plana lokal xarakterli atəşkəs və münaqişənin müvəqqəti dondurulması daxildir.

Nəşrin məlumatına görə, Ukrayna dövlət başçısı yaxın bir neçə həftə ərzində ABŞ-a səfər edəcək və ölkə prezidenti Cozef Baydenlə görüşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin