Ordu.az xəbər verir ki, zərbələr Hermel şəhəri yaxınlığındakı birləşmələrinin hədəflərinə endirilib.
Xüsusilə təcili yardım və yanğınsöndürən maşınların getdiyi Əl-Kəvva və Hoş əs-Seyid bölgələrinə bir neçə raket atılıb. Ölkənin şərqində Hizbullahın əsas forpostunun yerləşdiyi Baalbek şəhərinin kənarında da hücumlar barədə məlumatlar var.
Günorta saatlarında Beyrutdan 60 km cənubda yerləşən Sarafənd şəhərinə hava hücumu təşkil edilib.
Sərhədin 30 km-də yerləşən yəhudi dövlətinin ərazisindəki hədəflərə zərbələr endirən Hizbullah əməliyyatına cavab olaraq İsrail hava qüvvələrinin hücumları son günlər intensivləşib və Livanın yeni ərazilərini əhatə edib.
Ordu.az