Serbiyada məcburi hərbi xidmətin müddəti 75 gün olacaq

2019/05/1-225-1559109640.jpg
Oxunub: 570     22:53     14 Sentyabr 2024    
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə məcburi hərbi xidmətin 75 gün olacağını açıqlayıb.

Ordu.az-ın məlumatına görə, Vuçiç Serbiyada məcburi hərbi xidmətin 75 gün olması ilə bağlı Müdafiə Nazirliyinin təqdim etdiyi təklifi qəbul etdiyini bildirib. Prezident, Serbiyanın güclü bir orduya ehtiyacı olduğunu və hökumətin də bu təklifi qəbul edəcəyinə ümid etdiyini vurğulayıb.

Aleksandar Vuçiç bu addımın hər hansı bir ölkəyə hücum məqsədini daşımadığını qeyd edib.

Qeyd edək ki, Serbiya parlamenti 2010-cu ildə məcburi hərbi xidməti ləğv etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Ordu  


Bizi "telegram"da izləyin