Ordu.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı sənədin mətninə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 2025-ci ildə dövlət büdcəsinin kəsirinin ÜDM-in 19,4%-i, o cümlədən ümumi fondun - ÜDM-in 18,3%-i və xüsusi fondun - ÜDM-in 1,1%-i olacağı gözlənilir.
Eyni zamanda 2025-ci ildə ölkənin dövlət borcları 1,6 trilyon qrivnanı (38,6 milyard dollardan çox) keçəcək. Bundan başqa Kiyev hakimiyyəti gələn il dövlət büdcəsinin ümumi fondunu 1,5 trilyon qrivna (36,5 milyard dollar) məbləğində borc mənbələrindən maliyyələşdirmək istəyir.
Ordu.az