"Gürcülər və osetinlər arasında müharibəyə görə üzr istəmək üçün özümüzdə güc tapacağıq" - İvanişvili

2024/04/1714453566.jpg
Oxunub: 678     22:09     14 Sentyabr 2024    
Gürcüstan hakimiyyəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində qalib gəldikdən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun “Vahid Milli Hərəkat” partiyasının kənardan sifarişlə başlatdığı müharibəyə görə üzr istəməyə özündə güc tapacaq.

Ordu.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində deyib.

Onun çıxışı Gürcüstan telekanalları tərəfindən yayımlanıb.

Siyasətçi çıxışında təkrar edib ki, Saakaşvilinin partiyasını 2008-ci il müharibəsini başlatdığına görə məsuliyyətə cəlb etmək üçün hakim partiya yeni çağırış parlamentdə konstitusiya çoxluğunu əldə etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Seçki  


Bizi "telegram"da izləyin