Rusiyada İkinci Dünya müharibəsində həlak olan 268 nəfərin qalıqları dəfn olunub

2024/09/66e59-1726329349.jpg
Oxunub: 519     18:32     14 Sentyabr 2024    
Rusiyanın Tver vilayətinin Rjev şəhəri ətrafında aparılan təhqiqat zamanı aşkarlanan sovet ordusunun 268 nəfər hərbi qulluqçusuna aid qalıqlar dəfn edilib.

Ordu.az xəbər verir ki, dəfn mərasimində bildirilib ki, araşdırmalar zamanı 1941-1945-ci illər arasındakı İkinci Dünya müharibəsində həlak olanlardan yalnız 8 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Eyni zamanda 2016-cı ildən Rjevsk, Penovsk, Belsk, Jarkovsk, Oleninsk qəsəbələrində 600 nəfərədək könüllünün iştirakı ilə aparılan ekspedisiyada bugünədək 3 mindən çox hərbçinin qalıqlarının tapıldığı diqqətə çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin