Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - YENİLƏNİB

2022/02/78618-1645810162.jpg
Oxunub: 1043     20:31     14 Sentyabr 2024    
Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə arsenalında olan “Su-30” qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib.

O qeyd edib ki, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.

“Hindustan Times” qəzetinin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın “Su-30”un korporasiya tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib:

“Bu məsələ ilə bağlı aparılan danışıqlar ilkin mərhələdədir. Ermənistanın arsenalında olan “Su-30” variantı Hindistan Hərbi Hava Qüvvələrindəki “Su-30MKI”dən fərqlidir”.

Qeyd edək ki, “Hindustan Aeronautics Limited” Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir.

***

Ermənistan hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin müasir tələblərə uyğunlaşdırılması üçün Hindistana müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə yazı “The Print” elektron nəşrində dərc olunub.

Öz mənbələrinə istinad edən sayt bildirir ki, rəsmi İrəvan Hindistan hökumətindən özünün malik olduğu “Su-30” hərbi təyyarələri, o cümlədən “hava-yer” tipli raketlərin təkmilləşdirilməsini də istəyib.

Yazıda, həmçinin Ermənistan Hərbi Hava Qüvvələrində 272 ədəd “Su-30 MKI” qırıcılarının günün tələbləri səviyyəsində yenilənməsinə ehtiyac olduğu açıqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan  


Bizi "telegram"da izləyin