Göygöl rayonunda “Əsgərə məktub” layihəsi keçirilib

2024/09/baf12-3452621928.jpg
Oxunub: 427     17:12     14 Sentyabr 2024    
Xalq ilə ordunun birliyi həmişə tarixi əhəmiyyət kəsb edib, yenilməz olub. Bu möhtəşəm birlik Vətən müharibəsində bir daha təsdiqləndi. Bir yumruq olan xalq-dövlət-ordu birliyi tarixi Zəfərin qazanılmasında müstəsna rol oynadı.

Bütün bunlar barədə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin Göygöl rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "Əsgərə məktub" layihəsində iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, gənclər, yeniyetmələr, hakimiyyət orqanlarının nümayəndələri ətraflı danışdılar.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.

Mərkəzin əməkdaşı Şəhla Abduləliyeva "Əsgərə məktub" layihəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu layihə ölkəmizin rayon və şəhərlərində mütəmadi keçirilir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Ordu ilə xalqın əlaqələrinin möhkəmləndirilməsinə, vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət edir. Bir neçə ildir yaranan bu ənənə uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə ordumuzun əsgər və zabitləri döyüşlərdə böyük igidliklər göstərərək, torpaqlarımızı işğaldan azad etdilər. Tarixi qələbədən sonra yeni dövrə qədəm qoyan şanlı ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi, peşəkarlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Ordumuz müasir texnikalarla, silah-sursatla, elmin, texnikanın son nailiyyətləri olan döyüş vasitələri ilə təchiz olunur. Ölkəmizin ərazi bütövlüyünü, suverenliyini təmin edən şanlı ordumuz ona göstərilən böyük etimadı həmişə doğruldacaq, Vətənimizi daim göz bəbəyi kimi qoruyacaq.

Sonra gənclər və Vətən müharibəsi iştirakçıları adından çıxış edənlər də Azərbaycan hərbçilərinin göstərdikləri rəşadətlərdən, Vətən, torpaq sevgisindən danışdılar. Gənclər Vətənə sədaqətlə xidmət edəcəklərini, Zəfər tarixini yazanların davamçıları olacaqlarını bildirdilər.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, bütün sahələri əhatə edən inkişaf strategiyasını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurla inkişaf etdirərək, ölkəmizin dünya miqyasında artan nüfuzundan beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən ətraflı məlumat verdilər. Qürur hissi ilə bildirdilər ki, ölkəmiz dünya miqyaslı tədbirlərin keçirildiyi məkana çevrilib.

Sonra ictimaiyyət nümayəndələri, yeniyetmələr, gənclər Azərbaycan əsgərinə inam, etibar, qürur hissi dolu məktublar ünvanladılar. Mərkəzin əməkdaşları tədbirin iştirakçılarına minnətdarlıqlarını bildirdilər.



Mübariz Musayev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göygöl   Əsgərə-məktub  


Bizi "telegram"da izləyin