Overçuk: "Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 2020-ci il razılaşmaları əsasında mümkündür"

2021/09/overc-1632121557.jpg
Oxunub: 349     13:34     14 Sentyabr 2024    
Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində mümkündür.

Ordu.az-ın məlumatına görə, bunu hazırda Ermənistanda olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Azərbaycan, Rusiya Federasiyası və Ermənistan) liderləri arasında əldə edilmiş və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya hər zaman bu prosesə qoşulmağa və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, - o brifinqdə qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin