Ordu.az xəbər verir ki, ötən il üçün planlaşdırılan ilkin cədvəldən təxirə salınan təyyarənin təhvil verilməsini Tayvan administrasiyasının Hərbi Hava Qüvvələrinin yüksək rütbəli rəsmiləri, ABŞ ordusundan nümayəndə heyəti, amerikalı təlimatçılar və ABŞ-nin qəbul qrupu müşahidə edəcək.
F-16V olaraq da bilinən F-16 “Block 70” variantı bir çox ölkə tərəfindən satın alınıb.
F-16 döyüş təyyarələrinin istehsalçısı “Lockheed Martin” bu yeni konfiqurasiyanı Bəhreyn və Slovakiyaya təhvil verib.
Tayvan administrasiyası ilk partiyanın bu ayın sonunda çatdırılmasından sonra F-16 “Block 70” döyüş təyyarələrini alan üçüncü ölkə olacaq.
Sevinc Əliyeva
Ordu.az