ABŞ İsrailə 164,6 milyon dollar dəyərində tank qoşqularının satışını təsdiqləyib

2024/09/1726298591.jpg
Oxunub: 430     20:22     14 Sentyabr 2024    
ABŞ Dövlət Departamenti İsrailə 164,6 milyon dollar dəyərində hərbi sahədə istifadə olunacaq ağır yükdaşıyan tank qoşquları və müvafiq avadanlıqların satışına icazə verib.

Ordu.az xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən açıqlamada satışı təsdiq edən sertifikatın Konqresə verildiyi bildirilib.

Açıqlamada bildirilib ki, İsrail hökumətinin tələbi ilə Dövlət Departamenti ümumi dəyəri 164,6 milyon dollar olan ağır yükdaşıyan tank qoşqularının, müvafiq avadanlıqların satışına icazə verib və bu təsdiqi bildirən lazımi sertifikat Konqresə göndərilib.

Açıqlamada qeyd edilib ki, tədarüklərə 2027-ci ildə başlanacağı təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin