Rusiya yeni nəsil kamikadze PUA-sı “Garpiya-A1”i istehsal edib

2024/09/GXWzb-1726298514.jpg
Oxunub: 443     15:19     16 Sentyabr 2024    
Rusiya 2023-cü ildə istehsal etdiyi “Garpiya-A1” kamikadze tipli Pilotsuz Uçuş Aparatları (PUA) ilə diqqət çəkir.

Ordu.az xəbər verir ki, Çin mühərrikləri ilə təchiz edilən bu PUA-lar uzaq mənzili ilə seçilir.

Rusiya 2023-cü ildə “Garpiya-A1” adlı yeni uzun mənzilli kamikadze PUA-sının istehsalına başlayıb.

Maraqlıdır ki, yeni modeldə xüsusilə Çindən gətirilən mühərriklər və hissələr istifadə olunur.

PUA-ların istehsalı Udmurtiya Respublikasının İjevsk şəhərindəki keçmiş sement zavodunda həyata keçirilir.

2023-cü ilin iyulundan 2024-cü ilin iyuluna qədər bu fabrikdə 2500-dən çox “Garpiya-A1” istehsal edilib.

“Garpiya-A1” 300 kiloqramdan az uçuş çəkisinə malikdir, 1500 kilometrə qədər mənzil təklif edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Garpiya-A1  


Bizi "telegram"da izləyin