Ordu.az xəbər verir ki, Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası (NSSC) Cənubi Koreyada 2 yeni nüvə reaktoru ilə bağlı açıqlama verib.
Cənubi Koreyanın nüvə enerji şirkəti “Korea Hydro & Nuclear Power” (KHNP) tərəfindən 2016-cı ildə edilən müraciətin qəbul edildiyi bildirilən açıqlamada “Shin-Hanul” 3 və 4 reaktorlarının ölkənin Ulcin bölgəsində qurulacağı qeyd edilib.
Açıqlamada inşa sahəsinə baxış keçirildiyi və təhlükəsizliyə təsir edəcək hər hansı geoloji risk aşkar edilmədiyi bildirilib.
“Shin-Hanul” 3 və 4-ün inşası üçün müraciət 2016-cı ilin yanvarında edilib, lakin enerji siyasətinin dəyişməsi səbəbindən layihə 2017-ci ildə dayandırılıb.
Digər tərəfdən, layihə ilə bağlı araşdırmaların 2022-ci ildə yenidən başladığı açıqlanıb.
Bu iki yeni nüvə reaktoru üçün verilən inşa icazəsi 2016-cı ildən etibarən ölkədə nüvə reaktorları üçün verilən ilk inşa icazəsi olub.
Sevinc Əliyeva
Ordu.az