Çinli general ABŞ-ni təhdid edib: “Çin Xalq Azadlıq Ordusu olaraq əsla səbr etməyəcəyik”

2024/09/gecer-1726297738.jpg
Oxunub: 404     17:28     16 Sentyabr 2024    
Çin ordusunun general-leytenantı He Lei açıqlamasında bildirib ki, Çin Cənubi Çin dənizi də daxil olmaqla, suveren ərazilərinə qarşı istənilən xarici təcavüzü darmadağın edəcək.

Ordu.az xəbər verir ki, Çinin Cənubi Çin dənizi də daxil olmaqla, mübahisəli dəniz ərazilərində getdikcə daha iddialı mövqe tutması Vaşinqton və Pekin arasındakı gərginliyi artırıb.

Son aylarda Çin gəmiləri Pekinin demək olar tamamilə iddia etdiyi sularda Filippin gəmiləri ilə bir sıra gərginliklər yaşayıb.

Mövzu ilə bağlı açıqlama verən general-leytenant He Lei qeyd edib:

“Ümid edirik ki, Cənubi Çin dənizi sülh dənizi olaraq qalacaq. Amma ABŞ pərdə arxasında öz piyadalarını hərəkətə gətirsə, ölkələri cəbhəyə itələsə və ya ABŞ özü cəbhəyə düşsə, o zaman Çin Xalq Azadlıq Ordusu olaraq biz əsla səbr etməyəcəyik. Biz Çin Xalq Azadlıq Ordusu olaraq Çinin ərazisinə, suverenliyinə, dəniz hüquq və mənafelərinə qarşı istənilən xarici düşmən təcavüzünü möhkəm qətiyyət, sağlam iradə, güclü imkan və təsirli vasitələrlə darmadağın edəcəyik”.

Çinli general-leytenant Pekin və Vaşinqton arasında bu məsələ ilə bağlı gərginliyin həllinin ABŞ-dən asılı olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pekin   Vaşinqton  


Bizi "telegram"da izləyin