Ordu.az xəbər verir ki, “Su-57” döyüş təyyarələri 2024-cü ilin fevral ayının sonundan etibarən qeydə alınan raket hücumlarının artması ilə birlikdə Rusiyanın hava kampaniyasında daha tez-tez istifadə olunan vasitəyə çevrilib.
Rusiya daha öncə “Su-57”ni vaxtaşırı tətbiq etsə də, istifadənin intensivliyi və tezliyi əhəmiyyətli dərəcədə artıb.
Yanvarda Britaniya Müdafiə Nazirliyi bildirib ki, “Su-57”lər Ukraynada ən azı 2022-ci ilin iyun ayından tətbiq edilib, lakin onların ilkin tətbiqi məhdud olub.
İndi isə bu reaktivlər daha fəal rol oynayır, tez-tez Kursk və Bryansk üzərində Rusiya hava məkanından və işğal olunmuş Luqanskdan hücumlar təşkil edir.
Sevinc Əliyeva
Ordu.az