Rusiya MN-ə yeni istehsal olunan “Su-57” çoxməqsədli qırıcı təyyarələri təhvil verilib

2024/09/1726295398.jpg
Oxunub: 437     12:49     14 Sentyabr 2024    
Rusiyada yerləşən UAC şirkəti Rusiya Müdafiə Nazirliyinə yeni istehsal olunan “Su-57” çoxməqsədli qırıcı təyyarələrini təhvil verib.

Ordu.az xəbər verir ki, bu, 2024-cü ildə təhvil veriləcək “Su-57”lərin ilk partiyasıdır.

Bu partiyada neçə təyyarənin olduğu bəlli deyil.

UAC-nin mətbuata açıqlamasından sonra təqdim edilən videoda 2 və ya 3 təyyarə göstərilir.

Rusiya istehsal gücünü artırmaq üçün səylərini davam etdirərək, ümumilikdə 76 ədəd “Su-57” döyüş təyyarəsi təhvil verməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UAC   Rusiya  


Bizi "telegram"da izləyin