Üsamə bin Ladeni öldürən ABŞ xüsusi təyinatlı dəstəsi Çinlə müharibəyə hazırlaşır

2024/09/1726295043.jpg
Oxunub: 429     10:57     18 Sentyabr 2024    
“Əl-Qaidə” terror təşkilatının qurucusu Üsamə bin Ladeni öldürən ABŞ xüsusi təyinatlı dəstəsi Çinlə müharibəyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Elit komando komandası Pekinin müharibəyə başlaması halında Tayvana kömək etməyə hazırlaşır.

2011-ci ildə Üsamə bin Ladeni öldürən ABŞ Hərbi Dəniz Qüvvələrinin gizli komando birliyi olan “Seal Team 6” Tayvanın Çin tərəfindən nəzarət altına alınacağı təqdirdə ona kömək etmək üçün təlimlər keçir.

Bu məxfi təlim ABŞ-nin diqqətini Çini Tayvana hücumdan çəkindirməyə yönəltdiyini və belə bir hadisəyə hazırlığını artırdığını vurğulayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Üsamə-bin-Laden   ABŞ   Çin  


Bizi "telegram"da izləyin